Azərbaycan I Liqasında bu gün keçiriləcək “İmişli” – “Zaqatala” oyununun başlama saatı dəyişib.
Futbolpress.az xəbər verir ki, bu barədə Zaqatala təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada bunlar qeyd edilib:
“Dövlət tədbiri ilə əlaqədar olaraq yolda yaranan sıxlıq səbəbilə “Zaqatala” Futbol Klubu I Liqanın 15-ci turu çərçivəsində “İmişli” ilə səfər oyunu üçün Heydər Əliyev adına İmişli şəhər stadionuna təyin olunmuş vaxtdan gec çatacaq. Bunu nəzərə alaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti 19.02.2025-ci il tarixində, saat 14:00-da başlamalı olan oyunun saatını 14:30-a keçirilməsini qərara alıb”.