Bu gün Azərbaycan I Liqasında XXVIII tura start verilib.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib. Premyer Liqaya iddialı “İmişli” “Baku Sportinq”lə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb.
Turun digər görüşləri 13 və 14 martda olacaq.
Azərbaycan I Liqası
XXVIII tur
12 mart
15:00 Baku Sportinq – İmişli 2:2
Qollar: E.Əskərli, 17, L.Stevanoviç, 90+5 – S.Fərəcov, 13 (pen.), 83 (pen.)
Binə qəsəbə stadionu