“İmişli” Əsgər Abdullayevlə yollarını ayırdı

“İmişli” klubu baş məşqçisi Əsgər Abdullayevlə yollarını ayrılıb.

Futbolpress.az xəbər verir ki, klubun İdarə Heyəti məşqçilər korpusu ilə iclas keçirib və Əsgər Abdullayevin hesabatını dinləyib.

İclasın sonunda rəhbərlik Əsgər Abdullayev və heyətinə xidmətlərinə görə təşəkkürünü bildirib və gələcək karyeralarında onlara uğurlar arzu edib.
“İmişli” bu mövsüm I Liqada 47 xalla 4-cü olub.