Almaniyalı futbolçu İlkay Gündoğan “Mançester Siti” ilə müqaviləsini uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Şəhərlilər” 34 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2026-cı ilin yayına kimi artıracaq.
İlkayın indiki müqaviləsi yayda başa çatır. O, bu mövsüm 38 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.