“Mançester Siti”nin yeni transferi İlkay Gündoğan açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “Barselona”dan “şəhərlilər”ə keçən yarımmüdafiəçi sabiq klubuna qayıdışını belə şərh edib:
“Sanki heç ayrılmamışdım, evimdəymişəm kimi hiss edirəm. Bu möhtəşəm klub, azarkeşlər önündə yenidən oynamaq xoşdur. Özümü xüsusi hiss edirəm. Daha yaxşı başlanğıc ola bilməzdi”.
İlkay dünən “İpsviç”lə görüşdə (4:1) meydana çıxıb. 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edən 33 yaşlı futbolçu ötən mövsüm “Barselona”da forma geyinib.