İlkay “Barselona”da qalmaq istəyir

“Barselona”nın futbolçusu İlkay Gündoğan klubu tərk etmək niyyətində deyil.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Qətərin “Əl Sədd” klubundan təklif alsa da, “Barselona”da qalmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İlkay komandadakı mövqeyindən razııdr və müqaviləsinin sonuna qədər klubu tərk etmək istəmir.

33 yaşlı futbolçu2023-cü ilin yayından “Barselona”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.