Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən kobud futbolçularının siyahısını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, siyahıda “Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev də var. O, 3-cü sırada qərarlaşıb. Elvin 53 oyunda 4 qırmızı vərəqə alıb.
Bunlar hər biri “Qarabağ”ın heyətində olub. Elvin Avropa Liqasında “Braqa”, “Bayer” və “Ayaks”la görüşlərdə “qırmızı” ilə cəzalanıb. Cəfərquliyev Premyer Liqada isə “Araz-Naxçıvan”la görüşdə qovulub.
Siyahının 1-ci pilləsində Braziliyanın “Vasko Da Qama” klubunun müdafiəçisi Joao Viktor yer alıb. O, 37 matçda 4 qırmızı vərəqə ilə cəzalanıb.