İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Futbolpress.az “Azərtac”a istinadən xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.

Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.