İki bina arasında

Bilirsinizmi, AFFA İcraiyyə Komitəsinin son iki iclası SOCAR-ın inzibati binasında keçirilib. Şirkət assosiasiyanın əsas sponsoru/himayədarı olandan bəri ilk dəfə bu hal oldu.

Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti Levin Kobiaşvilini SOCAR-da qəbul etmişdi. Ondan sonra bəzi futbolyönlü iş mitinqlərini də şirkətin binasına salındı və deyəsən, xoş oldu, ənənəyə çevrilməkdədir.

Açığı, bu, nəyə görə belə olur, bilinmir. Məgər, AFFA-nın binasında darısqallıqdır, yoxsa Rövşən bəyin neftyönümlü işləri çoxdur…

Futbolun idarə olunduğu bina AFFA-nın binasıdır. O səbəbdən İK kimi mühüm orqanizasiya işini AFFA-da deyil, neft şirkətinin binasında keçirmək sual yaratmaya bilməz.

Müxtəlik skeptik versiyalar sadalamaq olar, lakin bir az da keçsin, görək səbəb özünü büruzə verəcəkmi…

Kamil Əhməd