“Qalatasaray”ın hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara ərini cinsi zorakılıqda və 70 min dollar oğurlamaqda ittiham edir.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Nara yeni sevgilisi L-Qante ilə istirahətdən sonra Argentinaya qayıdıb, lakin İkardi onu mənzilə buraxmayıb. Nara bundan sonra futbolçu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. İkardinin tezliklə Vandanın evə buraxılması barədə bildiriş alacağı gözlənilir.
Cütlük bir müddət əvvəl boşanma prosesinə başlayıb və ilk iclasın bu gün olacağı bildirilir.