“Qalatasaray”ın futbolçusu Mauro İkardi gələcəyi haqda qərar verib.
Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu “cim-bom”da qalmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İkardi ABŞ və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edib.
31 yaşlı hücumçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına kimidir. O, ötən mövsüm Super Liqada 25 qolla bombardir olub.