II Liqanın çempionu – “Baku Sportinq”

“Baku Sportinq” Azərbaycan II Liqasının çempionu olub.

Futbolpress.az xəbər verir ki, komanda çempionluğunu “Dinamo” (4:2) ilə matçda rəsmiləşdirib.

Belə ki, xallarının sayını  61-ə çatdıraraq komanda qızıl medalları özü üçün təmin edib.

“Baku Sportinq” sona bir tur qalmış ən yaxın izləyicisi “Füzuli”ni 5 xal qabaqlayır.