II Liqada çempion məlum ola bilər – bu gün

Bu gün Azərbaycan II Liqasında çempion məlum ola bilər.

Futbolpress.az xəbər verir ki, 24 turdan sonra “Baku Sportinq” 58 xalla birinci sıradadır. Komanda bu gün “Füzuli”nin xal itirəcəyi halda, sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Baku Sportinq” ikinci sıradakı “Cəbrayıl”ı 6, “Füzuli”ni 8 xal qabaqlayır. “Cəbrayıl”la şəxsi oyunlarda üstün olan “Baku Sportinq” xalları eyni olsa belə, qızıl medalları qazanacaq.

“Füzuli” bu gün “Göygöl”lə qarşılaşacaq. Matç saat 16:00-da başlayacaq.