II Liqa klubu ev oyununu azarkeşsiz keçirəcək

Azərbaycan II Liqasında mübarizə aparan “Sheki City” növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Futbolpress.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin XIX turunda “Şahdağ Qusar”la oyunda meydançaya kənar əşya atmasıdır. AFFA İntizam Komitəsinin bununla bağlı qərarı:

“Sheki City” – “Şahdağ Qusar” oyununun 55-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçulara kənar əşyalar atıldığına görə “Sheki City” komandası 80 manat cərimə edilsin (maddə 52.1);

Matçda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” komandası 50 manat cərimə edilsin (maddə 43.7);

Oyun bitdikdən sonra “Sheki City” klubu təhlükəsizliyi düzgün təmin etmədiyinə görə “Sheki City” komandası 400 manat cərimə edilsin. “Sheki City” komandasının növbəti ev oyunu azarkeşsiz keçirilsin (maddə 51.1, 1);