II Liqa: ilk turun oyunları bilindi

Bu gün Azərbaycan II Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, klubların nümayəndələri, jurnalistlər iştirak ediblər. II Liqanın ilk turunda qarşılaşacaq komandalar aşağıdakı kimidir:

“Lerik” – “Füzuli”
“Sheki City” – “Şəmkir”
“Hypers Guba” – “Saatlı-Araz”
“Göygöl” – “Şimal”
“Ağdaş” – “Kür-Araz”
“Şahdağ Qusar” – “Dinamo”
“Şəfa” – “Qusar”