II Liqa: “Füzuli”dən darmadağın, “Cəbrayıl”a bir qol bəs etdi

Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, oyunlar eyni gündə və eyni saatda baş tutub.

“Baku Sportinq” bu tur qalib gələrək çempionluğu rəsmiləşdirib. “Füzuli” isə “Kürmük Qax”ı darmadağın edib.

“Şahdağ Qusar” – “Göygöl” 2:0
Qollar: Famil Camalov, 44; Rahid Əmirquliyev, 87

“Füzuli” – “Kürmük Qax” 7:2
Qollar: Elvin Nəsibov, 19, 39, 47, 58, 60, 67, 79 – Revazi Otaraşvili, 30, 54.

“Baku Sportinq” – “Dinamo” 4:2
Qollar: Röyal Nəcəfov, 10, 24, 89. Comərd Baxşəliyev 48. – Valeh Seyidov, 33. Tərlan Veysəlli, 38

Şəmkir” – “Cəbrayıl” 0:1
Qol: Ruslan Voronsov, 85.

“Ağdaş” – “Şəfa” 1:1
Qollar: Elvin İsmayılov, 12 – Nicat Abbasov, 26

Lerik” – “Kür-Araz” 3:1
Qollar: Kamran Abdullazadə, 45, 52; Ruslan Tağızadə, 64 – Cavid İmamverdiyev, 44

“Sheki City” – “Qusar” 0:2
Qollar: Orxan Qurbanlı, 35, 49.