II Liqa: debütantdan növbəti qələbə

Bu gün Azərbaycan II Liqasında III turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Debütant “Hypers Guba” azarkeşləri önündə “Lerik”i darmadağın edib. “Şahdağ Qusar” “Şimal”a, “Saatlı-Araz” isə “Ağdaş”a qalib gəlib.

Azərbaycan II Liqası
III tur

17 sentyabr

Ağdaş – Saatlı-Araz 0:1
Qol: Elariz Xəlilli, 78

Qusar Şahdağ – Şimal 2:1
Qollar: Tural Qurbatov, 38, Ədilxan Qarəhmədov, 80 (pen.) – Pirverdi Seyidov, 20

Hypers Guba – Lerik 6:0
Qollar: Cavid İmamverdiyev, 11, 73, Nurlan Novruzov, 40, 63, Ramil Əhmədov, 42, Nail Təhməzli, 80