II Liqa: çempion mövsümü qələbə ilə başa vurdu

Azərbaycan II liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Çempionluğu təmin edən “Bakı Sportinq” səfərdə “Şəfa”nı böyük hesabla məğlub edib – 4:0.

Azərbaycan II Liqası
XXVI tur

Şəfa – Bakı Sportinq 0:4
Qollar: Elgün Abbaslı, 16, 23, Röyal Nəcəfov, 35, Ülvi Quliyev, 90+2

Kür-Araz – Şəmkir 0:0