II Liqa: “Baku Sportinq”dən qələbə

Bu gün futbol üzrə Azərbaycan II liqasında 24-cü tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə 4 matç keçirilib. Lider “Bakı Sportinq” “Qusar”ı məğlub edib. “Şəmkir” “Kürmük Qax”ı, “Kür-Araz” isə “Sheki City”ni məğlub edib.

6 may (bazar ertəsi)

“Cəbrayıl” – “Lerik” – 1:0
Qol: Ruslan Voronsov, 66
“Neftçi Futbol Mərkəzi” (IV meydança)

“Qusar” – “Bakı Sportinq” – 1:2
Qollar: Vüqar Əşrəfli, 38 – Röyal Nəcəfov, 24-pen; 48
“Kapital Bank Arena” (ehtiyat meydança)

“Kürmük Qax” – “Şəmkir” – 0:4
Qollar: İlkin Əliyev, 5, 54, Məzahir Əhmədov, 27, Sahib Cümşüdov, 66
Qax OİK stadionu

“Kür-Araz” – “Sheki Siti” – 3:2
Qollar: Cavid İmamverdiyev, 17, 48, Osman Soltanov, 30-avtoqol – Yusif Cəfərov, 2-pen; Yusif Dilanov, 5
H.Əliyev adına İmişli şəhər stadionu