İdman nazirliyi 2, SOCAR 3-cü oldu

Sentyabrın 8-də dövlət qurumları arasında 3×3 basketbol turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 8 dövlət qurumu təmsil olunub.

Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında AZAL birinci olub. Gənclər və İdman Nazirliyi və SOCAR yarışı ikinci və üçüncü pillədə başa vurublar. Kişilər arasında AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər.