Azərbaycan Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyunun ağır keçəcəyini bilirdik. “Neftçi”nin fasilədən sonra sərgilədiyi futbol bizə müəyyən siqnallar verirdi. Komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar oynadıq, istədiyim futbolu oyunçular mənə qaytarmağa çalışdı. Qələbə qazandıq, komandamı təbrik edirəm.
– İlk hissədə rəqibə nə etdiz ki, 4 əvəzləməni birdən etdilər?
– Özümüzə köklənirik. Rəqibin məşqçilər korpusunun nə edəcəyi bizə də sirr qalır. Bizi maraqlandıran öz komandamızın oyun üslubudur.
– Üstünüzdə təzyiq yaranmadı?
– Öndə olanda rəqibin təzyiqi artırması normaldır.
– Oyundan-oyuna köklənirsiniz?
– İdman mediası bizi “qara zolağ”a salmağa çalışırdı. Futbolda belə şey yoxdur, təzyiq altında deyilik. Futbolda udmaq da var, uduzmaq da. Məğlubiyyətdən də qaçmaq mümkün deyil. Məğlubiyyətdən çıxıb, uğurlu nəticəyə köklənmişik.
Şahin Cəfərov