İDDİA: Klopp bu klubla razılaşdı

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp İtaliyada işləyə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb. İtaliyalı mütəxəssisin “Roma”ya baş məşqçi təyin ediləcəyi bildirilir. İddiaya görə, Klopp artıq “canavarlar”la ilkin razılığa gəlib.

“Roma”nı hazırda Klaudio Ranyeri çalışdırır. O, mövsümün sonunda işindən ayrılacaq. Komanda A Seriyasında 37 turdan sonra 66 xalla 5-ci sıradadır.