İcraiyyə Komitəsi son iclasa – diqqətlər AFFA-da

AFFA İcraiyyə Komitəsinin gələn həftə ərzində ilin son iclasına toplaşacağı gözlənir. “FutbolPress“in əldə etdiyi məlumata görə, bu iclas əvvəlkilərə nisbətən, daha məhsuldar nəticələri ilə fərqlənəcək.

Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri, PL klublarının uşaq futboluna yanaşması, maliyyə meyarları, legioner limiti kimi və s. məsələlərdə aktivlik gözlənir.

Eləcə də “Ölkə futbolunun yeni inkişaf strategiyası” mövzusunda tutarlı nəticənin hasil olması vacibdir.

Kamil Əhməd