“Milan”ın müşaviri Zlatan İbrahimoviç adı klubla hallanan Markus Reşfordla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, isveçli funksioner ingilis futbolçunun mümkün keçidi haqda bunları deyib:
“Reşfordu çox yaxşı tanıyıram. Gənc vaxtlarında onunla oynamışam. İndi böyüyüb və güclü futbolçu olduğunu sübut edib. “Milan” dünyanın ən böyük klublarından biridir və hamı burda oynamaq istəyər. Reşforda bunu sübut etməyə ehtiyac yoxdur. Transferlə bağlı çoxlu söz-söhbətlər dolaşır, lakin hələ əlaqə saxlamamışıq”.
Reşford bu mövsüm 24 oyunda 7 qol vurub.