I və II Liqaya yüksəlmək üçün pley-off matçlarının vaxtı bilindi

2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər.

Futbolpress.az xəbər verir ki, bununla əlaqədar mayın 25-i (şənbə günü) saat 15:00-da AFFA-nın inzibati binasında (Peşəkar Futbol Liqasında) iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

I Liqada 9-cu yerin sahibi “Difai Ağsu”dur. II Liqada isə gümüş medallara 3 klub – “Füzuli”, “Cəbrayıl” və “Şahdağ Qusar”dır.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa və region liqası

İlk oyun: 29 may

Cavab oyunu: 05 iyun