Bu gün Azərbaycan I Liqasında XV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Baku Sportinq” autsayder “Mingəçevir”ə uduzub. Bölgə təmsilçisi mövsümdə üçüncü qələbəsini qazanıb.
Digər görüşdə isə “Difai” “Qaradağ Lökbatan”ı üstələyib.
Azərbaycan I Liqası
XV tur
20 fevral
Baku Sportinq – Mingəçevir 0:1
Qol: A.Nəsibov, 79
Difai – Qaradağ Lökbatan 2:1
Qollar: S.Əliyev, 23, C.Kamta, 39 – N.Novruzov, 35