I Liqada narazılıq: “Referi istəyinə nail oldu – məğlub olduq”

“Baku Sportinq” Azərbaycan I Liqasının III turunda “Karvan”a uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Elman Sultanov məğlubiyyəti belə şərh edib:

“Futbol oynamağa çalışdıq, ancaq təəssüflər olsun ki, görüşün baş hakimi Vüqar Həsənli buna imkan vermədi. O, özündən olmayan, uydurulmuş penalti verərək komandamızın hesabda geri düşməsinə səbəb oldu.

Qarşılaşma ərzində ev sahiblərinə simpatiyası ilə seçilən referi istəyinə nail oldu – məğlub olduq. Amma, bizim önümüzü belə şeylərlə kəsmək mümkün olmayacaq. Yolumuza davam edirik, komandanın hədəfləri bəllidi”.

“Baku Sportinq” 3 turdan sonra 4 xalla 5-ci sıradadır.