I Liqanın “İmişli” – “Qaradağ Lökbatan” oyununda insident yaşanıb.
Futbolpress.az xəbər verir ki, birinci hissənin sonlarında meydan sahibləri fərqlənsə də, baş hakim İnqilab Məmmədov əllə oyun olduğunu bildirib və qolu saymayıb. Bundan qəzəblənən fanatlar meydançaya yad əşyalar atmağa başlayıb. Məmmədov və digər referilər azarkeşlərin bu davranışından sonra meydançanı tərk edib. Lakin hakimlər fanatların sakitləşməsindən sonra yenidən meydana qayıdıb və oyun davam edib.
İkinci hissəsi oynanılan qarşılaşmada hesab 0:0-dır.