I Liqa: “Şamaxı” liderliyə yüksəldi, “Araz Saatlı”dan qələbə

Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günü iki qarşılaşma keçirilib.

Premyer Liqaya vəsiqə uğrunda əsas qarşılaşmada “Şamaxı” “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub edərək sona bir tur qalmış liderliyə yüksəlib.

“İmişli” isə səfərdə məğlub olub.

I Liqa
16 may

Qaradağ Lökbatan – Şamaxı 2:3
Qollar: Seyxan Fərəcov, 14 (pen). Xəlil Bəşirov, 40. – Emin Zamanov, 31 (pen), 48, 52

Araz Saatlı – İmişli 2:1
Qollar: Sequn Omotoşo, 64, 69. – Xəqani Sadıxov, 89.