I Liqa: mükafatlandırma mərasimi nə vaxt olacaq?

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, tədbir 23 may tarixində baş tutacaq. Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq.

Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.

I Liqada sona bir tur qalmış “Şamaxı” 54 xalla liderdir. İkinci “Qaradağ Lökbatan”ın isə 53 xalı var.