MOİK yenə xal itirdi, “İmişli”dən növbəti qələbə

Bu gün Azərbaycan I Liqasında III tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib. Əvvəlki turlarda qələbəsi olmayan MOİK autsayder “Difai”ni də məğlub edə bilməyib.

Günün digər matçında “İmişli” səfərdə “Cəbrayıl”a qalib gəlib.

Azərbaycan I Liqası
III tur

25 sentyabr

Cəbrayıl – İmişli 0:2
Qollar: P.Alves, 45+1 (pen.), S.Fərəcov, 90+2
“ASCO Arena”

MOİK – Difai 2:2
Qollar: M.Əhmədov, 65, C.Abbaszadə, 81 – İ.Allahverdiyev, 24, S.Ağayev
Lökbatan OİK stadionu

26 sentyabr

16:00 Karvan – Baku Sportinq
Yevlax şəhər staidonu

16:00 Zaqatala – Qaradağ Lökbatan
Zaqatala OİK stadionu

17:00 Qəbələ – Mingəçevir
Qəbələ şəhər stadionu