I Liqa: mərkəzi oyun Qəbələdə

Bu gün Azərbaycan I Liqasında XVI turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi görüşündə “Karvan” lider “Qəbələ”nin qonağı olacaq.

“Mingəçevir” “Difai” ilə üz-üzə gələcək, “İmişli” isə “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan I Liqası
XVI tur

28 fevral

14:00 Mingəçevir – Difai
14:00 Qaradağ Lökbatan – İmişli
14:00 MOİK – Zaqatala
15:00 Qəbələ – Karvan