I Liqa klubunda ayrılıq

Yarımmüdafiəçi Mahsun Qənbərli “Difai Ağsu”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib. O, komanda yoldaşlarına vida edib:

“Bir ildir, çıxış etdiyim “Difai”dən ayrılmaq qərarı aldım. Bu ad altında çıxış etmək həm xoş idi, həm də qürurlu. Xoş münasibət üçün başda Elgiz müəllim olmaqla, komanda yoldaşlarıma təşəkkür edirəm. Bundan sonra komandaya uğurlar diləyir, daha yaxşı yerlərdə olmağı arzu edirəm”.

“Difai Ağsu” I Liqada mövsümü 9-cu sırada bitirib.

Mahsun daha əvvəl “Xan Lənkəran”, “İmişli” kimi klublarda forma geyinib.