I Liqa klubu “Səbail”ə uduzdu

Milli komandalara görə çempionata verilən fasilədən istifadə edən “Baku Sportinq” yoxlama görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. Görüş “dənizçilər”in qələbəsiylə başa çatıb – 3:0.

Matçın birinci hissəsində “Baku Sportinq”in kapitanı penaltini qola çevirə bilməyib.