Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı forvard “Erzurumspor”un diqqət mərkəzindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. I Liqa təmsilçisi İsveçrənin “Qrasshopper” klubunda çıxış edən futbolçunun icarəsi üçün danışıqlara başlayıb.
Renat ötən mövsümü Türkiyədə “Hatayspor”da keçirib. O, Super Liqada 31 oyunda 6 qol vurub.