I Liqa klublarının cəzaları bilindi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilir (maddə 37);

“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununun 53-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 21 nömrəli futbolçusu İsa İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilir (maddə 36.5);

“Difai” – “Karvan” oyununun matçöncəsi iclasında “Karvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Karvan” komandası 80 manat cərimə edilir (maddə 73.1);

“Difai” – “Karvan” oyununda “Difai” klubunun futbolçusunun formasında qüsurlar olduğuna görə “Difai” komandası 100 manat cərimə edilir (maddə 75.4);

“Mingəçevir” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimə edilir (maddə 73.1);

“İmişli” – MOİK oyununun matçöncəsi iclasında mühafizə nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 73.1);

“Baku Sportinq” – “Qəbələ” oyununun 60-cı dəqiqəsində “Baku Sportinq” klubunun 88 nömrəli futbolçusu Əli Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Baku Sportinq” komandası 150 manat cərimə edilir (maddə 39.1);

“Baku Sportinq” – “Qəbələ” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” klubunun 66 nömrəli futbolçusu Elvin Dəmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Baku Sportinq” komandası 100 manat cərimə edilir (maddə 41);