I Liqa: bütün oyunlar eyni vaxtda

I Liqada XXVII turun oyun cədvəli məlum olub.

Futbolpress.az xəbər verir ki, bütün oyunlar mayın 22-də saat 16:00-da start götürəcək. Turun 4 görüşü Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

“Şamaxı” bu turda qələbə qazansa, çempionluğunu elan edəcək.

22 may (çərşənbə)

MOİK – “İmişli”
Binə qəsəbə stadionu

“Şamaxı” – “Araz Saatlı”
Şamaxı şəhər stadionu (PFL TV/canlı)

“Mingəçevir” – “Qaradağ Lökbatan”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

 “İrəvan” – “Karvan”
“ASK Arena” (PFL TV/canlı)

“Difai Ağsu” – “Zaqatala”
Ağsu şəhər stadionu (PFL TV/canlı)