“Fiorentina”nın futbolçusu Edoardo Boveyə oynamaq qadağan edilə bilər.
Futbolpress.az xəbər verir ki, bir neçə gün əvvəl “İnter”lə oyunda huşunu itirən futbolçu hazırda xəstəxanadadır və müalicəsi davam edir.
Həkimlər oyunçudan genetik testlər götürəcək. Onlar 22 yaşlı futbolçunun ürəyində problemlər olduğu şübhələnir. Edoardoya anadangəlmə aritmogen kardiomiopatiya diaqnozu qoyulsa, o, İtaliyada futbol oynamacaq.
Federasiyanın qaydalarına görə, bu diaqnozda olan oyunçu İtaliyada futbol oynaya bilməz.
Daha əvvəl 2021-ci ildə danimarkalı Kristian Eriksenə eyni diaqnoz qoyulmuşdu. Oyunçu İtaliya qanunlarının qadağan etdiyi bu məsələyə görə “İnter”lə müqaviləsini pozmuşdu.
Edoardo bu mövsüm 14 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.