Hüseynovdan darmadağına şərh

Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” – “Səbail” (5:0) matçından sonra qonaq komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– İki dəfə dalbadal “Qarabağ”la qarşılaşdıq. 60-65 dəqiqə ərzində çox yaxşı oynadıq. Heyətimiz kasaddır. Dünənki məşqdə 15 nəfər iştirak edib. Zədəlilərimiz var. Kubok oyununa görə bu vəziyyətə gəlib çıxdıq.

– Zədəlilərin durumu nə yerdədir?
– Qorka Laruçça xəstələnib. Markoyla Fərid də zədəlidir.

Mirkamal Kazım