Hüseynlinin heyətdən çıxarılmasının səbəbi

Futzal üzrə Azərbaycan millisinin oyunçusu Rövşən Hüseynlinin heyətdən kənarlaşdırılmasının səbəbi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Vitali Borisov açıqlama verib. Federasiyanın mətbuat xidmətinə danışan mütəxəssis qolkiperin intizamsız davranışlarına görə bu qərarı verdiklərini bildirib.

Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç ilə qarşılaşacaq.