Hummelsin yeni klubu rəsmiləşdi

Dortmund “Borussiya”sından ayrılan Mats Hummelsin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, alman müdafiəçi “Roma”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Hummels karyerası ərzində “Bavariya” və “Borussiya”da çıxış edib. O, ümumilikdə 701 oyunda 59 qol vurub, 32 məhsuldar ötürmə edib.