Hummels “Roma”ya keçə bilər

Dortmund “Borussiya”sı ilə müqaviləsi başa çatan Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Roma”nın diqqət mərkəzindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Canavarlar” Hummelsə 2+1 illik müqavilə təklif etməyə hazırlaşır.

Alman müdafiəçi “Borussiya” formasıyla 508 oyunda 38 qol vurub, 23 məhsuldar ötürmə edib.