“Real” Çempionlar Liqasının finalında “Borussiya”nı 2:0 hesabı ilə məğlub edərək 15-ci dəfə sözügedən turnirin qalibi olub.
Futbolpress.az xəbər verir ki, oyundan sonra Almaniya klubunun müdafiəçisi Mats Hummels matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
35 yaşlı futbolçu əla oyun keçirdiklərini qeyd edib:
“Əla oyun keçirdik. Burada çıxış etdiyimə görə komandamla fəxr edirəm. Cəsarətli və istəkli idi. Yüksək səviyyədə futbol nümayis etdirdik. Qol vurmağa yaxın idi. Lakin sonda fərqlənən tərəf “Real” oldu. Bu, onların dəfələrlə etdiyi bir şeydir”.
Komanda ilə müqaviləsi başa çatan Hummels “Borussiya”dakı gələcəyinin qeyri-müəyyən olduğunu bildirib.