Hummels bu gün tibbi müayinədən keçəcək

Dortmund “Borussiya”sından ayrılan Mats Hummels karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, alman müdafiəçi “Roma” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 35 yaşlı futbolçu bu gün paytaxt klubu üçün tibbi müayinədən keçəcək.

Hummels karyerası ərzində “Bavariya” və “Borussiya”da çıxış edib. O, ümumilikdə 701 oyunda 59 qol vurub, 32 məhsuldar ötürmə edib.