Dortmund “Borussiya”sında müdafiəçi Mats Hummelslə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
35 yaşlı futbolçu 2019-cu ildən “Borussiya”da çıxış edirdi. O, ötən mövsüm Bundesliqada 25 oyunda 3 qol vurub.