Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Rəqibi təbrik etməliyik. Bura xal qazanmaq üçün gəlmişdik, ancaq alınmadı. Demək olar, oyunboyu üstün biz olduq. Hücumda xüsusi nəsə yarada bilmədik. Əfsuslar olsun ki, son dəqiqədə qapımızda qol gördük.
– Yaxşı oyun olsa da, nəticə gəlmir. Səbəbi nədə görürsünüz?
– Bunu demək çox çətindir. Oyunçular istəklidir, oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Qol fürsətləri çox yarada bilmədik.
– Oyunçuların istədiyiniz səviyyədə olmadığını demək olar?
– Bunu deməzdim. Çünki əvvəlki oyunlarda da bu oyunçular fərqləniblər. Bu gün də son dəqiqə qoluna məğlub olduq.
Şahin Cəfərov