Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Frankfurt təmsilçisi “Kopenhagen”dən Oskar Hoylundu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
19 yaşlı oyunçu “Mançester Yunayted”in və Danimarka millisinin hücumçusu Rasmus Hoylundun qardaşıdır.