“Hoffenhayem”in gözü Orbanda

Bundesliqa təmsilçisi “Hoffenhaym” “Lion”un hücumçusu Cift Orban ilə bağlı aktiv danışıqlar aparır.

Futbolpress.az xəbər verir ki, Orban 2024-cü ilin yanvarında 14 milyon avroya “Gent”dən (Belçika) Fransa klubunun düşərgəsinə köçdü. Onun müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Bu mövsüm 22 yaşlı forvard iki qol vurduğu Liqa 1-də üç, Avropa Liqasında isə iki oyun keçirib.

“Transfermarkt” portalı nigeriyalıya 10 milyon avro qiymət qoyub.