Hindistanlılar da Balotellini istəmədi

İtaliyalı hücumçu Mario Balotelli hələ də azad agentdir.

Futbolpress.az xəbər verir ki, forvardın meneceri müştərisini Hindistanın “Keral Blasters” klubuna təklif etsə də, rədd cavabı alıb. Buna səbəb oyunçunun hazırkı durumu və keçmişdəki intizamsız davranışlarıdır.

Son klubu Türkiyədə “Adana Demirspor” ola Balotelli karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “İnter”, “Milan” kimi klublarda forma geyinib.