Hansi Flik sabahkı “Malyorka” ilə La Liqa matçından əvvəl danışıb.
Futbolpress.az xəbər verir ki, almaniyalı mütəxəssis başlanğıc qapıçı ilə bağlı qərarı da daxil olmaqla bir neçə əsas məsələni müzakirə edib:
“Şesni bu gün çox yaxşı məşq etdi, amma hazırda qapıçını dəyişməyi düşünmürəm. İnaki Pena start qapıçıdır, o, hazırda bir nömrədir, belədir”.
Baş məşqçi komandasının çıxışı haqqında da fikirlərini bölüşüb:
“Müsbət tərəfi odur ki, biz imkanlar yaradırıq, lakin şanslar meydana çıxmır. Seçimlərimiz olanda biz birlik olaraq hücuma keçməliyik. Müdafiəyə gəldikdə də eyni”.
Sabah keçiriləcək “Malyorka” – “Barselona” oyunu saat 22:00-da start götürəcək.